Elektron çıxarışın alınması ilə bağlı tələb olunan sənədlərin siyahısı

MTK tərəfindən verilən mənzil üzərində hüquqların dövlət qeydiyyatı

“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin 8.0.6. bəndinə əsasən  mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur.

Dövlət və ictimai mənzil fondunun özəlləşdirilməsi

Mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən özəlləşdirilməsi nəzərdə tutulan dövlət və ya ictimai mənzil fonduna aid olduqda aşağıdakı sənədlər təqdim edilməlidir:

-  ərizə;

-  ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

-  mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;

-mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma);

-icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi (mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir);

-dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Fərdi yaşayış evləri üzərində hüquqların dövlət qeydiyyatı

Yalnız  “Yaşayış məntəqələri” təyinatlı torpaqlar üzərində inşa edilən fərdi yaşayış evləri dövlət reyestrində qeydiyyata alınır.

“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun olaraq:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:

icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə

-torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,

-müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;

məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə

- torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:

tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün

-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,

-tikintiyə icazə verilməsi barədə qərar,

-tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi,

tikinti obyektinin istismarına icazə;

məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün

-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,

-tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi,

-sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

Bələdiyyə tərəfindən vətəndaşlara ayrılan torpaqlar

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə Bələdiyyənin Qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi tələb olunur. 01.12.2007-ci il tarixdən sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi tələb olunur.