AzPOS (ingiliscə Azerbaijan Positioning Observation System sözlərinin baş hərfləridir) Azərbaycan Respublikasının müxtəlif bölgələrində 45 ədəd Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları (FFGİS-CORS) şəbəkəsidir. Bu sistem daimi olaraq Amerikanın GPS, Rusiyanın GLONASS, Avropa İttifaqının Gallileo və Çinə aid BeiDou peyk siqnallarını qəbul edir.  Xidmət hər iki – RTK\RZK (real zaman kinematikası) və DGPS\DQPS (Differensial Qlobal Peyk sistemi) əməliyyatların çevikliyini təklif edir.  RTK əməliyyatlar DGPS əməliyyatlara nisbətən daha uzaq məsafəyə doğru genişlənə bilər. Hər iki real-time əməliyyatları etibarlı internet əhatəsi tələb edir. AzPOS sonradan emal (post-processing) xidmətini də təklif edir. FFGİS stansiyaları 7 gün/24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bu sistem ən son GNSS\QNPS (Qlobal Naviqasiya Peyk Sistemi) texnoloji məhsulları ilə yaradılıb.

AzPOS Azərbaycan Respublikası ərazisində geodeziya ölçü işlərində tətbiq olunan yüksək dəqiqlikli məlumatları emal etməklə, zaman-məkan daxilində qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sistemidir. AzPOS şəbəkəsi məlumatları dəqiq vaxt rejimində RTK və Differensial Qlobal Peyk sistemi xidməti (DGPS), eyni zamanda sonradan emal (Post-Prosessing) məlumatları olaraq təmin edilir.

 

Stansiyalar

Ölkəmizdə AzPOS stansiyaları bir-birindən 30-40 km məsafədə yerləşdirilmişdir. Stansiyaların istifadə radiusu 30km, əlaqə məsafəsi 70km-ə qədərdir. Respublikamızın ərazisində 45 istinad stansiyası fəaliyyət göstərir.

 


1.Bakı stansiyası.
2.Mərdəkan stansiyası.
3.Sumqayıt stansiyası
4.Quba stansiyası
5.Xaçmaz stansiyası
6.Siyəzən stansiyası
7.Zaqatala stansiyası
8.Qax stansiyası
9.Şəki stansiyası
10.Yevlax stansiyası
11.Ucar stansiyası
12.Gəncə stansiyası
13.İsmayıllı stansiyası
14.Neftçala stansiyası
15.Biləsuvar stansiyası
16.Masallı stansiyası
17.Astara stansiyası
18. Lerik stansiyası
19.Lənkəran stansiyası
20. Beylaqan stansiyası
21. Ağcabədi stansiyası
22. İmişli stansiyası
23. Sabirabad stansiyası
24. Hacıqabul stansiyası
25. Salyan stansiyası
26. Tovuz stansiyası
27. Tərtər stansiyası
28. Gədəbəy stansiyası
29. Kürdəmir stansiyası
30. Qəbələ stansiyası
31. Cəngi stansiyası
32. Şamaxı stansiyası
33. Qobustan stansiyası
34. Balakən stansiyası
35. Samux stansiyası
36. Seyidli stansiyası
37. Ağstafa stansiyası
38.Ağdam stansiyası
39.Füzuli stansiyası
40.Cəbrayıl stansiyası
41.Zəngilan stansiyası
42.Laçın stansiyası
43.Kəlbəcər1 stansiyası
44.Kəlbəcər2 stansiyası
45.Şuşa stansiyası

Portala keçid