Elektron XHF
Hesabatın doldurulması qaydalarını daha ətraflı bilmək üçün Metodik tövsiyyələr və hesabat formasına baxa bilərsiniz.
E-emlak.gov.az saytına daxil olun və elektron xidmətlər siyahısından “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında” illik xüsusi hesabat formasını seçin.
Xüsusi hesabat formasında işləmək üçün əvvəlcə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sizə verilmiş müəssisənin registr kodu və müəssisənin vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) istifadə edərək şifrə təyin edin (Şifrə ən az 8 simvoldan ibarət olmalı və həm kiçik, həm də böyük hərflər, rəqəmlər və xüsusi simvollardan (#?!@$%^&*-) istifadə edilməlidir).
Müəssisəniz tərəfindən indiyə kimi daxil olunmuş hesabatların siyahısını görəcəksiniz. Lazımi hesabatı seçib daxiletməni davam edə bilərsiniz. Hesabatı təsdiq edənə qədər daxiletməni davam etmək olar.
"Yeni hesabat" linkini seçib yeni hesabatın daxil olunmasına başlaya bilərsiniz. Bu zaman nəzrə alın ki, eyni hesabat ili üzrə yalnız bir Xüsusi Hesabat Forması yaratmaq mümkündür.
Xüsusi Hesabat Formasını yığmaq üçün müəssisənin məlumatlarını formadakı uyğun bölmələrdəki uyğun xanalara yığmaq lazımdır. Bəzi məlumatları (Giriş "Hüquqi şəxs statuslu struktur bölmələrinin, filial və nümayəndəliklərinin adı və ünvanı", Bölmə1 "3. Müəssisənin əsas fəaliyyət növü üzrə hesabat ilində istehsal etdiyi məhsulların (işlərin, xidmətlərin) həcmi", Bölmə3 "9.Borclara görə müəssisənin əmlakının siyahıya alınması və hərraclarda satışı haqqmda məlumat", Bölmə3 "10. Hesabat ili ərzində sığortalanmış əmlakın dəyəri haqqında məlumat" və Bölmə7 olan cədvəllər) formaya cədvəl şəklində yığmaq lazımdır. Cədvəl formasında yığmaq üçün məlumatlar cədvəlin aşağısındakı sətirə yığıb sətrin sağındakı "Əlavə et" düyməsini basaraq cədvələ əlavə edilir. Cədvəlin hər bir sətirini sağdakı müvafiq düymələrlə redaktə etmək və silmək olar.
Hər bir bölməni tam yığdıqdan sonra "Yadda saxla" düyməsini sıxmaq lazımdır.
Daxil edilən məlumatlarda səhv olduğu halda yadda saxlama aparılmayacaq, "Zəhmət olmasa formanı düzgün doldurun" sözləri yazılacaq.
Xüsusi Hesabat Forması üzrə məlumatların daxil edilməsi başa çatdıqdan sonra əsas səhifəyə qayıdaraq “göndər” düyməsindən istifadə etməklə onu təsdiq edin.Statusu cari-sarı rəngdə qeyd ediləcəkdir.
Xüsusi Hesabat Forması təsdiq ediləməyə qədər bitmiş hesab olunmur. Status olaraq cari qeyd olunmuş hesabat forması Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş hesab ediləcəkdir
Hesabat formasının üzərində “redaktə et” düyməsindən istifadə edərək sadəcə bir dəfə dəqiqləşmə ilə dəyişiklik etmə imkanı təqdim olunur.
Dəqiqləşmiş statusu almış hesabat formasının üzərində artıq hec bir dəyişiklik etmək mümkün olmayacaq.
Təsdiq edilmiş hesabat formalarına baxmaq və onu çap etmək imkanı isə hər zaman mövcud olacaqdır.
Təsdiq olunmuş Xüsusi Hesabat Forması haqqında bildiriş çap etmək üçün Hesabatların ümumi siyahısında təsdiq olunmuş XHF-in qarşısında "Bildiriş" linkini seçmək lazımdır.
Əməliyyatları aparmaq üçün kompyuterinizdə Internet Explorer və PDF reader (misal üçün Adobe Acrobat Reader) olmalıdır.