Elektron Hərrac Sistemi
Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən təşkil olunan hərracların idarə edilməsi, əlçatanlığın təmin olunması və şəffaflığın artırılması məqsədilə Elektron Hərrac Sistemi hazırlanmışdır.
Bununla yanaşı, istifadəçilərin iştirak tarixçələri, şəxsi kabinetlərinin mövcudluğu zərurəti yaradılmışdır.
Sistemdən əldə olunan nəticələr:
- Hərraclarda iştirak üçün elektron qaydada müraciətlərin edilməsini həyata keçirmək
- Vətəndaş məmnunluğunun artırılması
- Hərrac prosesinin elektron formada həyata keçirilməsi
- Hərrac prosesi başlamadan iştirakçılara bildirişlərin göndərilməsi
- Beh ödənişlərinin elektron yolla həyata keçirilməsi
- Əlavə edilmiş obyektin Mərkəz tərəfindən təsdiqlənməsi, hərrac gününün təyin edilməsi
- Hərrac sonunda satılmayan və satılan lotlarla əlaqədar yekun protokolların alınması
- Hərrac prosesinin müddətinin öncədən təyin edilməsinin sistem tərəfindən idarəedilən olması
- Müvafiq proseslər üzrə ətraflı hesabatlılığın əldə olunmasının mümkünlüyü.