Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi
Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminin (QRGS) əsas məqsədi dövlət qurumlarının məlumatlarının inteqrasiyası əsasında işğaldan azad olunmuş ərazilərdə informasiyaların vahid rəqəmsal məkanda toplanılması, emalı və səmərəli istifadəsinin təmin edilməsidir.
2021-ci ildə yaradılmış Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxildir:
-
azad edilmiş ərazilərdə ilkin inventarlaşdırma əsasında təsbit edilmiş daşınmaz əmlak və infrastruktur obyektləri barədə məlumatlar;
-
işğala qədər mövcud olmuş dövlət və ictimai binalar, yaşayış məntəqələri, müəssisə və təşkilatlar, infrastruktur obyektləri, meşə fondu və faydalı qazıntı obyektləri barədə mətn və qrafik formada arxiv materialları;
-
işğaldan əvvəlki dövr və indiki dövr arasında olan fərqlər, dəymiş ziyanın təsbit edilməsinə dair məlumatlar;
-
minatəmizləmə, təhlükəsizlik, idarəetmə, ərazilərdən istifadənin planlaşdırılması və şəhərsalma, məskunlaşma, təbii resurslardan istifadə barədə məlumatlar;
-
işğaldan azad olunmuş ərazilərdə planlaşdırılan, layihələndirilən və həyata keçirilən infrastruktur obyektləri barədə məlumatlar;
-
iqtisadiyyatın bərpası və dayanıqlı inkişafı sahələrində görülən tədbirlər barədə məlumatlar.