Dövlət əmlakının qeydiyyat vərəqəsi
Dövlət əmlakının qeydiyyat vərəqəsi sistemi dövlət əmlakından istifadə edən qurum və təşkilatların əmlakları ilə bağlı hesabatların verilməsini təmin edən portaldır. Qurum və təşkilatlar istifadələrində olan əmlaklarla bağlı hesabatları hər il bu sistem vasitəsilə Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edirlər. Sistem bu məlumatların toplanmasında və göndərilməsində operativliyin və hesabatın daxil edilməsinin sadələşdirilməsi məqsədilə 1 yanvar 2023-cü il tarixində istifadəyə verilmişdir.