Müəssə və Obyektlərin Elektron Bazası
Müəssə və Obyektlərin Elektron Bazası (MOEB) - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin fəaliyyətində operativliyin artırılması, kağız qovluqların elektronlaşdırılaraq vahid bazada yığılması və balans məlumatlarının əlçatan olması, Mərkəzin balansında olan məlumatların elektron siyahısının yaradılması məqsədilə 2022-ci ildə MOEB istifadəyə verilmişdir. Bu sistemin köməkliyi ilə Mərkəz operativ hesabatların əldə olunmasını, bu günə olan balans məlumatlarının, hətta arxiv məlumatlarının elektron qovluq halında vahid bazada saxlanmasını təşkil edir.