Daşınmaz Əmlak Bazarı
Daşınmaz əmlakların kütləvi qiymətləndirilməsi sisteminə dair Daşınmaz Əmlak Bazarı (DƏB) məlumatlar bazası alt-sisteminin hazırlanması (torpaq sahələrinə münasibətdə) başa çatdırılmışdır.
Torpaq sahələrinin bazar (satış) qiymətləri haqqında məlumatlar rəqəmsallaşdırılaraq istifadə üçün Əmlak Məsələləri Dövlət Xidmətinin və onun struktur qurumlarının istifadəsinə verilmişdir. Gələcəkdə torpaq sahəsi üzərində yerləşən bina, tikili və qurğuların bazar qiymətləri barədə məlumatların da rəqəmsallaşdırılması nəzərdə tutulur. DƏB-də torpaq sahələrinin kadastr, reyestr nömrələri, ünvanı, texniki göstəriciləri, satış və icarə qiymətləri barədə məlumatlar saxlanılır.
DƏB ilə bir sıra daxili sistemlər arasında avtomatik məlumat mübadiləsi (inteqrasiyalar) mövcuddur və məlumatlar mütəmadi olaraq yenilənir.
DƏB torpaq və tikinti məlumatlarının əlçatanlığını, şəffaflığını və düzgünlüyünü təkmilləşdirmək, səmərəli qərarların qəbulunu asanlaşdırmaq və Əmlak Məsələləri Dövlət Xidməti və əlaqəli qurumlar üçün inzibati prosesləri sadələşdirmək məqsədi daşıyır.