Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Beyləqanda vətəndaş qəbulu keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov yanvarın 30-da qurumun Beyləqan Ərazi İdarəsində (ünvan: Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi 95) Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər yanvarın 29-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər (012) 5108430 (daxili:72-65) telefon nömrəsi ilə və ya rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 6 saylı Beyləqan Ərazi İdarəsinə (telefon: (02122) 83367, 050 6899341 və ya elektron poçt ünvanı: dedkr.6sayli@emlak.gov.az).
