13 sentyabr 2013-cü il tarixdə saat 11:00-da respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərinin siyahısı

 

Obyektin adıÜnvanıSifarişçi təşkilatın adıTorpaq
sahəsi
(ha)
Start (satış) qiyməti
(100%)
(manat)
10% beh
(manat)

1 Toxucu sexinin yarımçıq tikilisi Goranboy rayonu, Dəliməmmədli şəhəri, T.Əkbəri küçəsi "Gəncə Xalça Kombinatı" Məhdud Məsuliyyətli Cəmiyyəti 0.40 3510 351
2 Mərkəzi kolxoz bazarının yarımçıq tikilisi Goranboy şəhəri, Heydər Əliyev prospekti İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 0.805 8270 827
3 Tikintisi yarımçıq qalmış 1296 şagird yerlik məktəb binasının bünövrəsi Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 0.09 1348 135
4 Tikintisi yarımçıq qalmış 1296 şagird yerlik məktəbin su anbarının bünövrəsi Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 0.078 1067 107

 

 

Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd.
2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsindən almaq olar.