Müraciətin icra vəziyyətini öyrənmək üçün İqtisadiyyat Nazirliyinin e-services.economy.gov.az portalına daxil olaraq, “Xidmətlər/Əmlak Məsələləri Dövlət Xidməti” bölməsindən “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi” elektron xidmətinə keçid edirsiniz. Açılan yeni pəncərədə ərizənin qeydiyyat nömrəsini daxil edərək müraciətinizin icra vəziyyəti barədə məlumat əldə edə bilərsiniz.