22 oktyabr 2013-cü il tarixdə saat 11:00-da respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərinin siyahısı

 

Obyektin adıÜnvanıSifarişçi təşkilatın adıTorpaq
sahəsi
(ha)
Start (satış) qiyməti
(100%)
(manat)
10% beh
(manat)

1 Mexaniki təmir sexinin yarımçıq tikilisi Lənkəran rayonu, Xanbulan kəndi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 0.06 1151 115
2 Yaşayış binasının yarımçıq tikilisi Lənkəran şəhəri, Bakı-Astara avtomobil yolunun sol tərəfi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 0.29 4774 477

 

Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd.
2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsindən almaq olar.