Sıra sayı Kateqoriya Start qiyməti (manatla) 5% beh (manatla) İştirak haqqı 0,5% (manatla) Əlaqəli şəxs
1 Opel Astra, buraxılış ili 1998-ci il,
V0L0TGF35X2091588 ban nömrəli nəqliyyat vasitəsi
4000 200 20 Emin Xanbabayev 0552997673
Hərrac 13 noyabr 2025-ci il tarixində saat 11:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.
Qeyd:
• Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 5%-i həcmində beh və 0,5% iştirak haqqını ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır. Əmlak "Azərterminalkompleks" Birliyinin "Qırmızı körpü" gömrük postunda yerləşən dayanacağında saxlanılır.
• Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın 1.4-cü bəndinə əsasən gömrük hərraclarında iştiraka görə hərrac iştirakçılarından əmlakın ilkin satış qiymətinin 0,5 faizindən çox olmamaq şərtilə iştirak haqqı alınır. Satışa çıxarılan əmlakla tanış olduqdan sonra hərracın keçirilməsinə 5 (beş) gün qalmış hərraca buraxılmış şəxslər hərracın təşkilatçısına hərracda iştirak edib-etməyəcəkləri barədə öz qərarlarını yazılı surətdə bildirməlidirlər.
· Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 2012-ci il tarixli 237 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması Qaydaları”nın 1.2-ci bəndinə əsasən Gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların işçiləri və onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala bilməzlər.
• Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 5% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 iş günü qalanadək qəbul edilir.
• Sifarişə aşağıdakı sənədlər əlavə edilməlidir:
- hüquqi şəxslər üçün dövlət reyestrindən çıxarışın surəti;
- fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
- aşağıdakı hesaba 5% behin və iştirak haqqının köçürülməsini təsdiq edən sənədin surəti;
Beh və İştirak haqqının ödənilməsi üçün hesab nömrəsi:
Müştəri adı HƏRRACLARIN TƏŞKİLİ MƏRKƏZİ PHŞ VÖEN 1505677031 Hesab nömrəsi AZ23AZRT38090049440265368001 Alanın bankı Azər-Türk Bank Müştəri Xidmətləri Mərkəzi Ünvan Bakı şəhəri, C.Məmmədquluzadə küç.85; 192/193 Bankın kodu 507699 VÖEN 9900006111 Müxbir hesab AZ02NABZ01350100000000022944 SWIFT kod AZRTAZ22XXX
Ünvan: Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk 20
Tel: 195-1