Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Lənkəranda vətəndaşları qəbul edəcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova oktyabrın 17-də Lənkəran şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 2) Lənkəran şəhərindən, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 12:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər (012)-5108430 (daxili:72-65) nömrəli telefonla və ya rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 10 saylı Lənkəran Ərazi İdarəsinə (telefon: 050 3692043, elektron ünvan: dedkr.10sayli@emlak.gov.az) 16 oktyabr saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
