29 aprel 2014-cü il tarixdə saat 11:00-da respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısı

(Aşağıda göstərilən müəssisə və obyektlərin işçilərinə güzəştli satış bu elan dərc olunduğu gündən etibarən 25 gün ərzində keçirilir)

 

Müəssisə və obyektin adıÜnvanıTabe olduğu təşkilatın adıİcarə müqaviləsinin nömrəsi
və tarixi
Ümumi
sahəsi
(kv.m)
Güzəştli satışda iştirak hüququ olan şəxslərin sayıStart (satış) qiyməti
(100%)
(manat)
İlkin satış
qiyməti
(manat)
Güzəştli satışa yönəldilən hissəsi (15%)
(manat)
10% beh (manat)


1 3 nömrəli sahə Bakı şəhəri, Nizami rayonu, Azər Səfərov küçəsi, 2 İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi  x 1148.2 1 78845 67018 11827 6702
2 Sabunçu rayon Ticarət-Tədarük Bazası Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ruhulla Axundov küçəsi, 55 c Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhər Ticarət və Xidmət Departamenti x 5402.4 1 448825 381501 67324 38150
3 4 saylı kafe Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 128 İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi  x 151.1 1 8220 6987 1233 699
4 Yardımçı təsərrüfat Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçə, 82 İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi  x 706.1 2 79992 67993 11999 6799
5 Ləki Barama qəbulu məntəqəsi Ağdaş rayonu, Ləki qəsəbəsi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi  x 19.0 1 4429 3765 664 377
6 Ağcabədi rayon Stomatoloji poliklinikası Ağcabədi şəhəri, N.Nərimanov küçəsi, 2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi x 246.4 3 13391 11382 2009 1138
7 Lahıc Xalça İstehsalat Vahidliyi İsmayıllı rayonu, Lahıc qəsəbəsi, N.Hüseynov küçəsi, 24 Ləğv edilmiş "Sənaye-Ticarət" DK-nin "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyi x 800.9 1 36314 30867 5447 3087

 

 

Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd.
2.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.
3.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Komitəsinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).
4.Kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektlərin ilkin satış qiymətinin 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada verilməsini təsdiq edən bildiriş.

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili və icarəyə verilməsi şöbəsindən almaq olar.