Rusiya Federasiyasının nümayəndə heyəti ilə görüş keçirilib
Rusiya Federasiyası ilə daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Rusiya Federasiyasının Dövlət Qeydiyyatı, Kadastrı və Xəritəçəkmə üzrə Federal Xidmətinin rəhbəri Oleq Skufinskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qarşılıqlı əməkdaşlıqdan məmnunluq vurğulanıb, daşınmaz əmlakın qeydiyyatı, kadastrı, kütləvi qiymətləndirilməsi və məkan məlumatlarının idarəolunması sahələrində təcrübə mübadiləsi aparılıb.
Tərəflər reyestr və kadastr məlumatlarından səmərəli istifadə, milli məkan infrastrukturunun qurulması və digər potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.