Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova aprelin 18-də qurumun Sumqayıt Ərazi İdarəsində (Ünvan: Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti, 260) Sumqayıt şəhərindən, Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər 055 4652368 telefon nömrəsi ilə və ya rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 2 saylı Sumqayıt Ərazi İdarəsinə (telefon: 050 363 23 67 və ya elektron poçt ünvanı: dedkr.2sayli@emlak.gov.az) aprelin 17-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.