Moldovanın Dövlət Əmlak Agentliyi ilə əməkdaşlığın perspektivləri müzakirə edilib
Moldova ilə dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və torpaqlardan səmərəli istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Moldovanın Dövlət Əmlak Agentliyinin baş direktoru Roman Kojuxar ilə görüşüb.
Görüşdə dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi, torpaqlardan səmərəli istifadə sahəsində tərəflərin təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.