Moldova ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın energetika naziri Dorin Junqetu ilə görüşüb.

İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri, o cümlədən enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı və digər istiqamətlərdə mövcud potensial müzakirə olunub.

Görüşdə ölkələrimizin iqtisadi sektorda birgə fəaliyyəti, Azərbaycanın bərpaolunan enerji sahəsində layihələri və təşəbbüsləri çərçivəsində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.


StatCounter - Free Web Tracker and Counter