Növbəti hərracda 14 nəqliyyat vasitəsi satılıb

Aprelin 4-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkətinə məxsus 14 nəqliyyat vasitəsi satılıb.
Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 8 sifariş qəbul edilib, ilkin qiyməti 32.250 manat olan 14 avtomobil 32.930 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiymətləri ilə https://bit.ly/449m5no linki vasitəsilə tanış olmaq olar.
Aprel ayı üzrə növbəti hərraclar 8, 22 və 24 aprel tarixlərində keçiriləcək. Hərraclara səhmdar cəmiyyətinin səhm paketi, nəqliyyat vasitələri, avadanlıqlar və texnikalar çıxarılıb.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.