Əmlak Məsələləri Dövlət Xidmətinin elektron xidmətlərindən istifadə müvəqqəti olaraq dayandırılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya resurslarında dayanıqlığın və keyfiyyətin artırılması məqsədilə 30 və 31 mart tarixlərində profilaktik işlərin həyata keçirilməsi planlaşdırılır. Bu səbəbdən göstərilən tarixlərdə “e-emlak.gov.az” portalında yerləşdirilmiş bəzi elektron xidmətlərdən istifadə mümkün olmayacaq.