İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova fevralın 27-də Şirvan Ərazi İdarəsində (Ünvan: Şirvan şəhəri, Heydər Əliyev prospekti, 20) Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər 055 4652368 nömrəli telefonla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun 13 saylı Şirvan Ərazi İdarəsinə (telefon: 051 3899799, elektron ünvan: dedkr.13sayli@emlak.gov.az) fevralın 26-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.