Qeyri-yaşayış binasının icarəyə verilməsi üzrə keçirilmiş müsabiqənin nəticəsi barədə məlumat
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2010-cu il tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin balansında olan Goranboy rayonu, Alpout kəndində yerləşən 1 mərtəbəli 21,0 kv.m.qeyri-yaşayış binasının (daşınmaz dövlət əmlakı obyektinin) icarəyə verilməsi üzrə müsabiqənin keçirilməsi barədə elan verilmişdir.
Göstərilən qeyri - yaşayış binası ilə bağlı müsabiqədə iştirak etmək üçün bir sıra fiziki və hüquqi şəxslər tərəfindən Müsabiqə komissiyasına sifariş və müsabiqə təklifləri təqdim edilmişdir.
Müsabiqəyə çıxarılmış həmin obyektin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı ilə Müsabiqə Komissiyası tərəfindən 18.11.2024-cü il tarixində Bərdə şəhərində keçirilən müsabiqə zamanı müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edilmişdir.
Goranboy rayonu, Alpout kəndi ünvanında yerləşən 21,0 kv.m. qeyri-yaşayış binasının icarəyə verilməsi ilə bağlı keçirilmiş müsabiqənin müəyyən edilmiş şərtləri daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş - Şəfiyev Şamxal Cəsarət oğlu müsabiqənin qalibi olmuşdur.
Müsabiqə qalibi ilə həmin qeyri-yaşayış binasının icarəyə verilməsi barədə icarə müqaviləsinin bağlanılması təmin olunmuşdur.