Səhmləri 2025-ci il 03-07 fevral tarixlərində ixtisaslaşdırılmış pul hərracında satılacaq səhmdar cəmiyyəti haqqında məlumat
Sıra №-si | Səhmdar cəmiyyətin adı, təsis tarixi və sərəncamın №-si |
Ünvanı | Nizamnamə kapitalının həcmi (manat) |
Buraxılan səhmlərin ümumi sayı (ədəd) |
Bir səhmin nominal dəyəri (manat) |
İxtisaslaşdırılmış pul hərracına çıxarılan səhmlər | |
Sayı (ədəd) |
Nizamnamə kapitalında %-lə |
||||||
1 | Bərdə Kəndkimya №533 06.04.1998 | Bərdə şəhəri, Sənaye küçəsi, 5 | 191592,2 | 95796 | 2,0 | 28764 | 30,0 |
2 | Cəlilabad Şərab №309 31.05.1999 №178 03.08.2017 | Cəlilabad rayonu, Cəlilabad - Bakı şossesinin 2-ci kilometri | 368620,00 | 92155 | 4,0 | 50685 | 55,0 |
3 | Daşkəsən Aqrotexservis №383 02.03.1998 | Daşkəsən rayonu, Quşçu körpüsü kəndi | 195246,2 | 97623 | 2,0 | 29293 | 30,0 |
4 | Zabrat Tikinti Quraşdırma №663 20.04.1998 | Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2, Tramvay küçəsi | 87385,60 | 43692 | 2,0 | 13107 | 30,0 |
Hərracda iştirak etmək istəyən vətəndaşlardan aşağıdakılar tələb olunur: “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması (investisiya şirkəti tərəfindən verilmiş arayış). Fiziki şəxs üçün tələb edilən sənədlər: 1. Şəxsiyyət vəsiqəsi 2. Vəkil edilmiş şəxsin notarial qaydada təsdiq edilmiş etibarnaməsi və şəxsiyyət vəsiqəsi Hüquqi şəxs üçün tələb edilən sənədlər: 1. Müəssisənin nizamnaməsi 2. Qeydiyyat şəhadətnaməsi 3. VÖEN şəhadətnaməsi 4. Təsisçilərin qərarı 5. Təsisçinin şəxsiyyət vəsiqəsinin surəti 6. Vəkil edilmiş şəxsin etibarnaməsi 7. Vəkil edilmiş şəxsin şəxsiyyət vəsiqəsi 8.Möhür Sənədlər notariusda təsdiqlənməlidir. |
|||||||
Sifarişlərin qəbulu 2025-ci il 03-07 fevral tarixlərində saat 9.00-dan 18.00-dək Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında aparılır. |