İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova dekabrın 13-də Gəncə şəhərində Heydər Əliyev Mərkəzində (ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi) Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər 055 465 23 68 nömrəli telefonla və ya rsalmanli@emlak.gov.az  elektron ünvanı vasitəsilə, həmçinin qurumun 3 saylı Gəncə Ərazi İdarəsinə (telefon: 055 691 05 77, elektron ünvan: dedkr.3sayli@emlak.gov.az) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.