Efiopiya ilə iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasının əhəmiyyəti vurğulanıb, ticarət, investisiya, yaşıl enerji sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Efiopiyanın Baş nazirinin ofisində dövlət naziri Aklilu Tadessenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasının əhəmiyyəti vurğulanıb, ticarət, investisiya, yaşıl enerji sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin təşkilinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğu vurğulanıb.

Tərəflər Azərbaycanın sənaye parkları sahəsində təcrübəsindən istifadə və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.