Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşdə tərəfdaşlığın şaxələndirilməsinin perspektivləri barədə müzakirə aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikası qeyd edilib, ticarət, qarşılıqlı investisiyalar, sənaye, nəqliyyat-tranzit, enerji və digər sahələrdə qarşılıqlı faydalı imkanların reallaşdırılması üçün potensial diqqətə çatdırılıb.

Tərəflər birgə layihələrin regionumuz üçün iqtisadi əhəmiyyəti və tərəfdaşlığın şaxələndirilməsinin ölkələrimiz üçün perspektivləri barədə müzakirə aparıblar.