İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 306.456 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 51.502-si (16,8%) ilkin, 254.954-ü isə (83,2%) isə təkrar qeydiyyatın payına düşür.

 
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

 
2024-cü ilin 10 ayında fərdi yaşayış və bağ evi üzərində - 51.582, mənzil üzərində - 70.691, torpaq sahəsi – 173.315, qeyri-yaşayış binası – 2.855, qeyri-yaşayış sahəsi – 7.277, əmlak kompleksi - 688, çoxmərtəbəli yaşayış binası üzərində isə 48 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 81.250-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

 
Texniki pasport və ipoteka müqavilələrinin sayı

 
Bu ilin yanvar-oktyabr ayları ərzində 231.384 texniki pasport tərtib edilib, 62.671 ipoteka müqaviləsi qeydiyyata alınıb.