COP29 çərçivəsində ABŞ-nin Dövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi ilə keçirilən görüşdə yaşıl enerji keçidində beynəlxalq əməkdaşlığın təşviqi, ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ-nin Dövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattla görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlığın prioritetləri, bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasının əhəmiyyəti, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri  barədə fikir mübadiləsi aparılıb. Ölkəmizin iqtisadi inkişaf modelinin emissiyaların azaldılması, iqlimə davamlılığın təmin edilməsi və aşağı karbonlu biznes strategiyalarına keçid kimi qlobal çağırışlara uğurlu adaptasiyası ilə bağlı prioritetlər nəzərdən keçirilib. Mərkəzi Asiya ölkələrindən Azərbaycandan keçməklə Avropaya yaşıl enerjinin ixracı layihəsi ilə bağlı məlumat verilib.

Tərəflər yaşıl enerji keçidində qlobal təchizatı sabitləşdirmək üçün beynəlxalq əməkdaşlığın təşviqi, ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə öz fikirlərini bölüşüblər.