COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovun “TotalEnergies” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşündə bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq müzakirə edilib.

COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və “TotalEnergies” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Patrik Puyane arasında işgüzar nahar təşkil edilib.

Görüşdə qabaqcıl sənaye liderlərinin metan emissiyalarının azaldılması üzrə fəaliyyəti, ölkəmizin bu sahədə potensialından istifadə ilə bağlı fikir mübadiləsi aparılıb. “TotalEnergies” şirkətinin Azərbaycanda bərpa olunan enerji üzrə layihələrinin icrası müzakirə edilib.

Şirkətin Xəzər regionunda bərpa olunan enerji layihələrində iştiraka marağı ifadə olunub. Ölkəmizdə “yaşıl enerji”nin intensiv təşviqi üçün əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.