İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində San-Tome və Prinsipi Demokratik Respublikasının rəsmiləri ilə görüşüb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov San-Tome və Prinsipi Demokratik Respublikasının ətraf mühit naziri Nilda da Mata və planlaşdırma, maliyyə və mavi iqtisadiyyat naziri Qinesio da Mata ilə görüşüb.

Görüşdə ikitərəfli iqtisadi münasibətlərin inkişafı barədə müzakirələr aparılıb, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinin və dayanıqlı biznes strategiyalarının formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Tərəflər ölkələrimizin iqtisadi əlaqələrinin təşviqi üçün mövcud imkanları nəzərdən keçirib, kənd təsərrüfatı, sənaye və bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Birgə fəaliyyətin prioritetləri üzrə bir sıra təkliflər irəli sürülüb.