Hərrac auksion formasında keçiriləcəkdir.

 

Xocalı rayonu “Ağçay” üzlük daşı yatağı

 

 

N

Yatağın adı

LOT

Həcmi

Sahəsi

Faydalı qazıntının  növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti (manatla)

Beh məbləği

(10%)

(manatla)

İştirak haqqı (manatla)

1.

Ağçay

LOT-1

6000 m3

2.4 ha

Üzlük daşı

Altı ay

657132,05

4412047,68

600

60

540

 

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. (Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 A) tel: (012) 597 01 68 (dax:5022)

Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri müraciət Ərizəsinə qoşma olaraq təqdim etməlidirlər:

 

  1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
  2. Hərracda iştirak haqqının ödənilməsi barədə bank sənədinin əsli;
  3. Hərracda (müsabiqə və auksion) iştirak etmək üçün ödənilən iştirak haqqı (hərrac xərcləri) hərrac predmetinin ehtiyat həcmlərinə münasibətdə aşağıdakı qaydada (Lot üzrə) müəyyən edilir:

Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrədək  - 540,00 (beş yüz qırx) manat;

Ehtiyat həcmi 200 000 (iki yüz min) kub metrdən 500 000 (beş yüz min) kub metrədək  - 810,00 (səkkiz yüz on) manat;

Ehtiyat həcmi 500 000 (beş yüz min) kub metrdən yuxarı olduqda – 1080,0 (bir min səksən) manat.

  1. “Vergi ödəyicisinin vergi borcu barədə” arayış (müvafiq sənəd elektron qaydada alındıqda notarial təsdiqli olması zəruridir);
  2. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
  3. İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi, təsisçi və ya direktorun şəxsiyyətini təsdiq edən sənədin surəti, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi (notarial qaydada təsdiqlənmiş);
  4. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  5. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.

İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 12 dekabr 2024-cü il saat  18:00-a qədər Bakı şəhəri, Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.

Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Agentliyə “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydalarına” uyğun ərizə (bundan sonra “ərizə”) təqdim edir.

Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.

Hərracda iştirak etmək istəyənlər yatağın hər lot üzrə ehtiyat həcminə uyğun olaraq iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Bakı KOB evindəki pəncərəsindən (Əlaqələndirici şəxs: Əliyev Sərxan, telefon: (055) 277 23 37) pəncərəsindən ala bilərlər.

 

Hesab:AZ61AIIB38020019440812108103

VÖEN 1306614461

Bank: "Kapital Bank" ASC, Yasamal filialı

Kodu: 200037

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

Hərrac komissiyası tərəfindən hərrac iştirakçısına dəvət məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir.

  Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.


Qoşma:

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə

 

Fiziki şəxs / Hüquqi şəxs               

 

VÖEN:

 

Ünvan:

 

 

 

Ərizə


 

Xahiş edirik hərracda iştirak etmək üçün icazə verəsiniz.

 

 

Qoşma

 

İmza: Tarix:

 

Hərracın qalibi aşağıdakı şərtlərə əməl etməlidir

 

Faydalı qazıntı çıxarmaq üçün verilmiş "Dağ-mədən ayırması aktına” görə qoyulan tələblər:

- yerin təkindən istifadə məqsədilə dağ-mədən fəaliyyətinə başlamadan öncə “Dağ-mədən işlərinin inkişafı planı”nın Agentliyə təqdim olunması təmin edilməlidir;

- yerin təkindən istifadə məqsədilə dağ-mədən fəaliyyətinə başlamadan öncə rəsmiləşdirilmiş torpaqayırma sənədlərinin, o cümlədən torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiqlənmiş yerquruluşu planının və ya torpaq sahəsinin ölçüsü və planı sənədinin 30 gün ərzində təqdim olunması təmin edilməlidir;

- üst açma zamanı torpağın münbit qatının sıyrılaraq səmərəli istifadə  məqsədilə saxlanılması, faydalı qazıntılar çıxarılan ərazilərin “Rekultivasiya layihəsi”nin hazırlanması və müvafiq qurumlar tərəfindən təsdiq edilməsi;

- İstismar işləri yekunlaşdıqdan sonra təsdiqlənmiş Layihəyə uyğun  ərazilərin istifadəyə  yararlı hala salınaraq torpaq sahibinə qaytarılmasının təmin edilməsi;

- Respublikanın avtomobil yollarından və yol qurğularından istifadə edilərkən, onların qorunmasının təmin olunması məqsədilə AR Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli 461 nömrəli Qərarının tələblərinə riayət edilməsi;

- “Magistral boru kəmərlərinin, körpülərin, hidrotexniki qurğuların və yüksək gərginlikli elektrik hava xətlərinin mühafizəsinin gücləndirilməsinə dair bəzi tədbirlər barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 avqust tarixli 191 saylı Qərarının tələblərinə riayət edilməsi;

- Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında” Əsasnamənin əlavəsinə müvafiq olaraq ayırma  ödənişinin vaxtında ödənilməsinin təmin edilməsi;                          

- istismar zamanı “Dağ mədən ayırma” aktı əsasında ayrılmış sahədən kənaraçıxma hallarına yol verilməməsi və istismar işlərinin müəyyən edilmiş dərinliyə qədər aparılmasının təmin olunması;

- fəaliyyət dövründə ekoloji tələb və normalara ciddi riayət edilməsi;

- karxananın istismarı üçün hər il “Dağ-mədən işlərinin inkişaf planı”nın tərtib olunaraq müəyyən olunmuş qaydada Agentlik ilə razılaşdırılması;

- Azərbaycan Respublikası qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi;

- yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud istismar sahəsinin hasarlanması, giriş-çıxış  yollarının işarələnməsi, Dağ-mədən ayırması hüdudlarından kənar ərazilərin sözügedən fəaliyyətlə əlaqəli olan antropogen təsirlərdən qorunması;

- istismar işlərinin aparılması zamanı hakim küləklərin nəzərə alınması, qeyri-üzvi tozun yaranmasının və ətraf yaşayış məntəqələrinə yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;

- nəqletmə zamanı avtomobil nəqliyyatlarının banının xüsusi çadırlarla örtülməsinin təmin edilməsi;

- sanitar və ekoloji mühafizə tələblərinə əməl edilməsi;

- Faydalı qazıntı çıxaran müəssisə rəhbərləri və vəzifəli şəxsləri "Dağ-mədən ayırması" statusunu təsdiq edən aktdan irəli gələn, yer təkinin istifadəçisi kimi vəzifə borclarını yerinə yetirmədiklərinə və "Yerin təki haqqında" qanunun tələblərini pozduqlarına görə məsuliyyət daşıyırlar. Yerin təkindən müvafiq icazə olmadan istifadə edən cavabdeh vəzifəli şəxslər və sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.

- Faydalı qazıntı çıxaran müəssisədə "Dağ-mədən ayırması"nı təsdiq edən aktın və qanunla tələb olunan sənədlərin dolğun və düzgün olmasına, həmçinin icazə verilən hüdudlar daxilində dağ-mədən işlərinin aparılmasında "Yer təki haqqında" qanuna riayət olunmasına nəzarəti Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi həyata keçirir.

- yatağın işlənməsi faydalı qazıntı çıxaran müəssisənin təsdiq olunmuş layihəsinə, dağ işlərinin inkişaf planına və texniki istismar qaydalarına uyğun yerinə yetirilməldir;

- yataqlardan əsas və onlarla birlikdə yatan faydalı qazıntıları və sənaye əhəmiyyəti kəsb edən qiymətli komponentləri çıxarmaq üçün daha səmərəli effektliliyə malik üsulları və işlənmə sistemləri tətbiq edilməlidir;

- faydalı qazıntıların normadan artıq itirilməsinə və kasadlaşmasına, həmçinin yataq və lay sahələrinin seçmə yolla işlənməsinə yol verməmlidir;

- faydalı qazıntı yatağının istismar kəşfiyyatının, digər geoloji işlərin, markşeyder işlərinin aparılmasını, həmçinin geoloji, markşeyder və texniki sənədlərdə tələb olunan işləri yerinə yetirməlidir;

- faydalı qazıntı ehtiyatlarının vəziyyətinin, hərəkətinin, itirilməsinin və kasadlaşmasının hesabatının aparılmasını həyata keçirməlidir;

- dağ işlərinin aparılması zamanı işlənən və onunla qonşuluqda yatan faydalı qazıntı yataqlarının korlanmasına yol verməməyə və yerin təkində işlənməsi konservasiya olunmuş ehtiyatların mühafizəsini təmin etməlidir;

- əsas faydalı qazıntı ilə birlikdə çıxarılan, müvəqqəti istifadə olunmayan faydalı qazıntıların hesabatının aparılmasına və mühafizəsinə nəzrət etməlidir;

- açılış süxurlarının və istehsalat tullantılarının düzgün idarəedilməsini və ayrılmış xüsusi sahədə anbarlaşmasını təmin etməlidir;

- işçilərin həyat və sağlamlığını, yerin təkinin, ətraf təbii mühitin və digər obyektlərin mühafizəsini, bina və qurğuların dağ işlərinin zərərli təsirindən mühafizəsini təmin etməlidir;

- qəzanın ləğv edilməsi planını işləyib təsdiq etməlidir (FHN);

- faydalı qazıntı yataqlarının işlənməsində nadir geoloji və mineraloji törəmələrin, meteoritlərin, paleontoloji, arxeoloji və digər elm və mədəniyyət üçün maraqlı olan obyektlərin aşkar edildiyi hallarda işləri dayandırmağa və aidiyyəti üzrə dövlət orqanlarına məlumat verməlidir;

- dağ işlərinin aparılması konservasiya edildikdə, yaxud həmişəlik dayandırıldıqda, faydalı qazıntı çıxaran müəssisənin, yaxud onun bir hissəsinin ləğv və konservasiya işlərini həyata keçirməlidir;

- ümumi yayılmış faydalı qazıntı ehtiyyatlarının balans hesabatının ( 5K forması) istismar dövrü ərzində hər ilin yanvar ayının 31-dən gec olmayaraq Agentliyə təqdim edilməsi.

- Yerin təkinin istifadəçisi "Dağ-mədən ayırması" aktı aldıqdan iki il müddətində işə başlamamışdırsa "Dağ-mədən ayırması" aktı öz qüvvәsini itirir və  Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə qaytarılır;

- Müəssisənin (fiziki şəxsin) ona verilmiş "Dağ-mədən ayırması aktı" üzrə yerin təkindən istifadə hüquqlarını digər müəssisəyə (fiziki şəxsə) verməsi qadağan edilir.

- Yuxarıda qeyd olunan ekoloj tələblərin icrasına Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyi tərəfindən nəzarət edilməsinə şərait yaradılmalı, eyni zamanda hər bənd üzrə görülən işlərin nəticəsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına məlumat verilməli və cari vəziyyət haqqında rəsmi məlumatlar Agentliyə təqdim olunmalıdır.

- Müəssisənin konservasiyası və ya ləğv olunması aktı təsdiq olunduqdan 30 gün müddətinə "Dağ-mədən ayırması" aktının, geoloji və işlərin dayandırıldığı günədək məlumatlar doldurulmaqla markşeyder sənədlərinin əsli iltizam sənədi ilə birgə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə geri qaytarır. Markşeyder planlarının, geoloji xəritələrin və kəsilişlərin surətləri isə qonşu müəssisələr də daxil olmaqla həmin müddətdə marağı olan təşkilatlara, müəssisələrə verilməlidir.

- Göstərilən vəzifələri yerinə yetirmədikdə faydalı qazıntı çıxaran müəssisənin rəhbərləri və vəzifəli şəxsləri, fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.