Mənzillərin özəlləşdirilməsi necə həyata keçirilir?
Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) tərəfindən tikilmiş binadan alınan mənzillərə gəlincə, ilk növbədə həmin mənzilin yerləşdiyi bina üzərində MMC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Əgər binaya dair MMC-nin adına çıxarış vardırsa, MMC ilə mənzil sahibi arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi olmalıdır. Bundan sonra həmin müqavilə əsasında mənzil sahibi adına çıxarış ala bilər.
Mənzil-tikinti kooperativindən (MTK) mənzil alanlar mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq üçün (əgər bina istismara qəbul edilibsə) dövlət reyestrini aparan orqana 2 sənəd - mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı və mənzilə dair pay haqqının ödənilməsi və borcun olmadığı barədə maliyyə arayışını təqdim etməlidir.
Dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnuz sizə əmlakınızı sığorta, girov, alqı-satqı və digər iqtisadi əməliyyatlar üçün istifadə imkanı yaradır.