Noyabrın 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova publik hüquqi şəxsin inzibati binasında (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135) Bakı şəhərindən olan vətəndaşları qəbul edəcək.

Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012)-5108430 (daxili:7265) və 055 3036127 nömrəli telefonlarla, həmçinin, dedkr.baki@emlak.gov.azrsalmanli@emlak.gov.az  elektron ünvanları vasitəsilə noyabrın 5-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.