Bu ilin yanvar-sentyabr ayları ərzində 269.702 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində 269.702 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 44.462-si (16,5%) ilkin, 225.240-ı isə (83,5%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2024-cü ilin 9 ayında fərdi yaşayış və bağ evi üzərində - 45.422, mənzil üzərində - 62.167, torpaq sahəsi – 152.594, qeyri-yaşayış binası – 2.534, qeyri-yaşayış sahəsi – 6.350, əmlak kompleksi - 597, çoxmərtəbəli yaşayış binası üzərində isə 38 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 71.843-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-sentyabr ayları ərzində 203.056 texniki pasport tərtib edilib, 56.730 ipoteka müqaviləsi qeydiyyata alınıb.