Ceyranbatan sakinlərinin nəzərinə! Daşınmaz əmlakın qeydiyyatı xidmətləri ünvanınızda
Məmnunluğu artıran səyyar aksiyanın bu həftəki ünvanı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsidir. Daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən faydalanmaq istəyən qəsəbə sakinləri 28 yanvar-01 fevral tarixlərində saat 09:00-dan 17:00-dək səyyar xidmət avtobusuna müraciət edə bilər. Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi (Poçt idarəsinin qarşısında) ünvanında fəaliyyət göstərən mobil ofislərdə komitə əməkdaşları tərəfindən yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklar ilə bağlı qeydiyyat xidmətləri göstəriləcək.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə vətəndaşları maraqlanırdıran suallar cavablandırılır, hüquqi məsləhətlər verilir. Sosial aksiya ölkə üzrə qeydiyyata alınmış daşınmaz əmlakların sayının artmasına, vətəndaşların mülkiyyət hüquqlarından daha geniş formada istifadəsinə şərait yaradır.