Ölkə ərazisində yerləşən qeyri-yaşayış sahələrinin
(obyektlərin) müsabiqə vasitəsilə icarəyə verilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ YANINDA
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN
 
E  L  A  N  I

 

“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanına və 22 iyun 2010-cu il tarixli, 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti aşağıda göstərilən qeyri-yaşayış sahələrinin (obyektlərin) icarəyə verilməsi üzrə müsabiqə elan edir.

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan (qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla) yerli və xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcəkdir.

 

  1. Müsabiqəyə çıxarılan qeyri-yaşayış sahələri (obyektlər) haqqında məlumat

(10.10.2024-cü il tarixinə)

Ünvan

Sahə

kv.m.

Balansaxlayıcısı

Obyektin

xarakteristikası

Obyektin fəaliyyət növü

Obyektin vəziyyəti

Aylıq start icarə haqqı məbləği

(manat)

Ödəniləcək behin məbləği

(manat)

 

1

 

Gəncə şəhəri, Ozan küçəsi, 212 A

 

64,9

 

Azərbaycan Dövlət Aqrar Universiteti

 

1 /1

 

xidmət

 

istifadəyə tam yararlı

 

 

243,05

 

 

24,3

 

2

 

Gəncə şəhəri, Ozan küçəsi, 200 A

 

64,9

 

Azərbaycan Dövlət Aqrar Universiteti

 

1 /1

 

xidmət

 

istifadəyə tam yararlı

 

243,05

 

24,3

 

3

 

Gəncə şəhəri, Ozan küçəsi, 210 A

 

109,0

 

Azərbaycan Dövlət Aqrar Universiteti

 

1 /1

 

xidmət

 

istifadəyə tam yararlı

 

408,20

 

40,82

 

4

 

 Goranboy rayonu, Alpout kəndi

 

21,0

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” Publik Hüquqi Şəxs

 

1/1

 

xidmət

 

istifadəyə tam yararlı

 

21,0

 

2,10

  1. Sifarişçilər qarşısında qoyulan şərt tələblər

 

  • İcarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək.
  • İcarəyə verilən obyekin, ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması.
  • Birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi.
  • İcarəyə verilən obyektin yerləşdiyi binanın xarici görünüşünün qorunub saxlanılması.
  • Dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi (“İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilən dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğindən və aylıq start icarə haqqı məbləğindən az olmamaq şərti ilə).

 

  1. Sifarişçilər tərəfindən təqdim olunmalı sənədlər

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə).

3.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN 2000015631) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat idarəsindəki AZ53 NABZ 0136 0150 0000 0000 3944 saylı hesabına (kod 501004, müxbir hesabı AZ74 NABZ 0145 1700 0000 0000 1944, VÖEN 9900071001, S.W.I.F.T. bik: NABZAZ2C) hesabına müsabiqədə iştirak etməyə hüquq verən, obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi həcmində hesablanan behin köçürülməsini təsdiq edən qəbz. (Müsabiqənin qalibi tərəfindən köçürülmüş behin məbləği ilkin dövr üçün ödənilməli olan icarə haqqı məbləğinə daxil edilir, müsabiqənin digər iştirakçıları tərəfindən köçürülmüş beh müsabiqənin başa çatdığı gündən 10 (on) təqvim günü ərzində onlara qaytarılır)

3.3. Sifarişçi hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı  sənədlər təqdim edilir:

  • reyestrdən çıxarışın müvafiq qaydada təsdiq edilmiş surəti;
  • təsis müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surəti;

       Sifarişçi fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər  təqdim edilir:

  • şəxsiyyəti təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;
  • sahibkarlıq fəaliyyəti haqqında məlumat (əgər sahibkarlıq fəaliyyəti ilə məşğuldursa);

3.4 Müsabiqədə iştirak etmək üçün sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə, həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd təqdim etməlidir

3.5 Aşağıdakı sənədlər sifarişçilər (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca bağlı zərfdə (zərfin bağlı tərəfi sifarişçi tərəfindən imzalanır və (və ya) möhürlənir) təqdim edilir:

  • dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair müsabiqə təklifi.

Qeyd edilən sənədlər tələb olunan formada təqdim edilmədikdə və ya bir hissəsi təqdim edilmədikdə, sifariş vermiş şəxsin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə, həmçinin müəyyən edilmiş müddətdə beh köçürülmədikdə və ya tam şəkildə köçürülmədikdə sifarişçi müsabiqəyə buraxılmır və behin sifarişçiyə qaytarılması qanunvericiliklə və “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları” ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Sifariş və ona əlavə olunan sənədlər müsabiqənin keçirilməsi haqqında dərc olunmuş məlumatda göstərilən müddət başa çatdıqdan sonra qəbul edilmir.

  1. Müsabiqə qalibinə tətbiq edilən şərt tələblər

 

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 20 (iyirmi) gün müddətində icarə müqaviləsinin imzalanmasını.

4.1.2. İcarə müqaviləsində göstərilən müddətdə və məbləğdə icarə haqqının dövlət büdcəsinə köçürülməsini.

4.1.3. Müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini.

 

  1. Müsabiqədə iştirakla bağlı əlavə məlumat almaq qaydası

 

Sifarişçilər, müsabiqə haqqında əlavə məlumat əldə etmək, müsabiqəyə çıxarılan obyektlə tanış olmaq, sifariş(ərizə) və təkliflərinin verilməsi üçün 14.11.2024-cü il tarixinədək iş günləri saat 900-dan 1800-dək aşağıdakı ünvana müraciət edə bilərlər:

Gəncə şəhəri, Gəncə şəhəri, Heydər Əliyev Meydanı, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin yerləşdiyi bina, tel.: (0225) 6-11-70.

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən Gəncə şəhəri, Ozan küçəsi, 200 A, 210 A, 212 A ünvanlarda yerləşən obyektlər üzrə müsabiqə təkliflərinin qiymətləndirilməsi 18.11.2024-cü  il tarixində, saat 1000-da başlayacaqdır.

Bərdə şəhəri, Heydər Əliyev prospekti, 357 A, Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin yerləşdiyi bina, tel.: (2020) 5-27-77.

Bu ünvanda müsabiqə Komissiyası tərəfindən Goranboy rayonu, Alpout kəndində yerləşən obyektlər üzrə müsabiqə təkliflərinin qiymətləndirilməsi 18.11.2024-cü il tarixində, saat 1500-da başlayacaqdır.