İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elvin Məmmədov oktyabrın 4-də publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Nizami küçəsi, 84 “A”) Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər 10 saylı Lənkəran Ərazi İdarəsinə (telefon: (025) 25-4-71-86 və (050) 369-20-43,  elektron ünvan: dedkr.10sayli@emlak.gov.az) müraciət edə bilərlər.