Bu ilin yanvar-avqust ayları ərzində 239.314 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-avqust ayları ərzində daşınmaz əmlak üzərində 239.314 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 39.148-i (16,3%) ilkin, 200.166-sı isə (83,7%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2024-cü ilin ilk 8 ayında fərdi yaşayış və bağ evi üzərində - 39.536, mənzil üzərində - 55.172, torpaq sahəsi – 136.179, qeyri-yaşayış binası – 2.229, qeyri-yaşayış sahəsi – 5.636, əmlak kompleksi – 526, çoxmərtəbəli yaşayış binası üzərində isə 36 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 63.933-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin yanvar-avqust ayları ərzində 177.937 texniki pasport tərtib edilib, 46.919 ipoteka müqaviləsi qeydiyyata alınıb.