İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 27-də növbəti hərrac təşkil edilib. Hərracda 3 nəqliyyat vasitəsi satılıb.

Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, ilkin qiyməti 16.200 manat olan “Toyota Camry” markalı avtomobil 21.800 manata satılıb, “Toyota Avalon” markalı avtomobilə edilən təklif isə 13.500 manatdan 25.000 manata yüksəlib.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://bit.ly/3YX2OmN linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 3, 10, 17 sentyabr tarixlərində keçiriləcək. Hərraclara müxtəlif növ əmlaklar çıxarılıb. Belə ki, hərraca çıxarılan əmlaklar arasında kiçik dövlət müəssisəsi, nəqliyyat vasitələri, texnika, metal çiv və dizel mühərrikləri var.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.