BAKI ŞƏHƏRİ, QARADAĞ RAYONU, SALYAN ŞOSESİ, 23-CÜ KM, 8X ÜNVANINDA YERLƏŞƏN ƏMLAK KOMPLEKSİ KİMİ MÜƏSSİSƏNİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ YANINDA

ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN

E L A N I

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli 2979 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8X ünvanında yerləşən Əmlak kompleksi kimi müəssisənin (bundan sonra “əmlak kompleksi”) satışı üzrə investisiya müsabiqəsi elan edir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.

  1. Əmlak kompleksi haqqında məlumat

(01 avqust 2024-cü il tarixinə)

Hüquqi ünvanı: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8X

Təyinatı: uşaq bezi və kağız salfeti istehsalı üçün qurulmuşdur

Nizamnamə kapitalı: 24 485 884 (iyirmi dörd milyon dörd yüz səksən beş səkkiz yüz səksən dörd) manat

Əhatə etdiyi sahə və tikililərin 10,9 ha, tikililər istehsal təyinatlı olmaqla, onların

xarakteristikası: xarakteristikası özəlləşdirmə planında verilir

Digər müəssisələrdə iştirak payı: yoxdur

Qeyri-maddi aktivlər: yoxdur

Ekoloji vəziyyəti: qənaətbəxşdir

İşçilərin sayı: yoxdur

Öhdəlikləri: yoxdur

  1. İddiaçılar qarşısında qoyulan şərt və tələblər

2.1. Əmlak kompleksində mövcud olmuş istehsal sahəsinin fəaliyyətinin bərpası və genişləndirilməsi hesabına onun tam istehsal təyinatlı müəssisə kimi fəaliyyətinin təmin olunması məqsədilə aşağıdakı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşlarının istiqamətləri, məbləğləri və müddətləri göstərilməklə ümumi həcmi 10 000 000 (on milyon) manatdan az olmayan məbləğdə İnvestisiya Proqramının təqdim edilməsi:

2.1.1. mövcud tikili və qurğuların təmiri, bərpası və yenidənqurulmasına dair təkliflər;

2.1.2. mövcud avadanlıq və texnologiyaların təmiri (məqsədəuyğun hesab olunduqda), habelə yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təkliflər;

2.1.3. əmlak kompleksində idxalı əvəz edən və/və ya ixrac yönümlü yeni məhsulların istehsalı və çeşidinin artırılmasına dair təkliflər;

2.1.4. infrastruktur təminatının təkmilləşdirilməsinə dair təkliflər;

2.1.5. əmlak kompleksinin ərazisinin müasir standartlara uyğun abadalaşdırılmasına dair təkliflər;

2.1.6. istehsal müəssisəsi qurulmaqla əmlak kompleksində yeni iş yerlərinin yaradılmasına dair təkliflər (50-dən az olmayaraq);

2.1.7. təklif olunmuş investisiya həcminin 5%-ə qədərinin pul vəsaiti şəklində hesaba köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.

2.2. Əmlak kompleksinin alınması üçün dövlət büdcəsinə 14 700 000 (on dörd milyon yeddi yüz min) manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsinə dair öhdəliyin götürülməsi (xarici valyutada edilən ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tarixə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbyacan manatına konvertasiya olunmalıdır).

  1. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər

Müsabiqədə iştirak məqsədilə iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).

3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqə şərtlərinin icrasının təmin olunması imkanlarını təsdiq edən 1 000 000 (bir milyon) manat məbləğində vəsaitin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə bank qarantiyası (zaminlik müqaviləsi, girov müqaviləsi və s.). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğ və zəmanət sənədləri isə geri qaytarılacaqdır.

3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;

- iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;

- təsis müqaviləsi və VÖEN-in, habelə rəhbərin təyinatı barədə əmrin notarial qaydada təsdiqlənmiş surəti;

- iddiaçının fəaliyyətini əks etdirən məlumat;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat və son üç ilin audit olunmuş maliyyə hesabatları (xarici hüquqi şəxslər üçün);

- 3.2-ci bənddə nəzərdə tutulmuş ödənişi təsdiq edən və ya müəyyən edilmiş zəmanət sənədlərindən biri;

- təqdim edilən sənədlərin siyahısı.

İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti;

- iddiaçı və onun sahibkarlıq fəaliyyəti haqqında məlumat;

- iddiaçının VÖEN-i;

- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün);

- 3.2-ci bənddə nəzərdə tutulmuş ödənişi təsdiq edən və ya müəyyən edilmiş zəmanət sənədlərindən biri;

- təqdim edilən sənədlərin siyahısı.

Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:

- İnvestisiya Proqramı;

- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.

Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə çevrilmiş və müvafiq qaydada təsdiq edilmiş mətnləri ilə birgə təqdim edilməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların hər hansının Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənəndlər və ya məlumatlar iddiaçılardan tələb edilmir. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya iddiaçılar tərəfindən təmin edilir. Bu formada təqdim olunan sənədlər Müsabiqə Komissiyası tərəfindən müvafiq qaydada nəzərə alınır.

  1. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər

4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:

4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) təqvim günü müddətində əmlak kompleksinin alqı-satqısına dair müqavilənin imzalanmasını;

4.1.2. Əmlak kompleksinin alqı-satqısına dair müqavilə imzalandığı tarixdən:

- təklif etdiyi pul vəsaitinin müqavilədə razılaşdırılacaq müddətdə dövlət büdcəsinə köçürülməsini;

- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi investisiyanın ümumi həcminin İnvestisiya Proqramında qeyd edilmiş 5%-ə qədərinin pul vəsaiti şəklində əmlak kompleksinin (yaradılacaq müəssisənin) hesablaşma hesabına köçürülməsini;

- öhdəlik götürəcəyi sayda, lakin 50-dən az olmayaraq iş yerinin yaradılmasını;

- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə müvafiq (7.198 manat (ƏDV daxil olmaqla)) məbləğdə xidmət haqqının ödənilməsini;

- müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.

4.2. İddiaçılar əmlak kompleksi ilə və müvafiq sənədlərlə (Özəlləşdirmə planı daxil olmaqla) tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 16 sentyabr 2024-cü il tarixinədək iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, otaq 1206. Əlaqə telefonları: +99 412 311 01 60 (əlavə 1314 və 1315), elektron ünvan: office@emlak.gov.az.

4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 16 sentyabr 2024-cü il tarixinədək iş günləri saat 1000-dan 1730-dək 4.2-ci bənddə göstərilən ünvanda aparılacaqdır.

4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 17 sentyabr 2024-cü il, saat 1500-dan başlayaraq həyata keçiriləcəkdir.