23 iyul tarixində növbəti hərrac keçirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 23-də növbəti hərrac təşkil edilib. Hərracda 1 səhmdar cəmiyyətinin səhm paketi, 7 nəqliyyat vasitəsi və avadanlıq satılıb.
Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda "Port İliç Xidmət" ASC-nin 30 faizlik səhm paketi 25.698 manata özəlləşdirilib. Bununla yanaşı, hərracda hava gəmisi üzrə pilotların hazırlanması üçün istifadə olunan simulyator 2.200.000 manata, "B-98" layihəli "Vixr" tipli gəmi isə 900.000 manata satılıb.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
Cari ay üçün növbəti hərraclar 29 və 30 iyul tarixlərində keçiriləcək. İştirak etmək istəyən şəxslər Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.