“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni ildə ilk ünvanı Corat qəsəbəsidir
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bərabər, hüquqi xidmətlər də göstərilir. Komitənin fəaliyyəti ilə bağlı vətəndaşları maraqlandıran məsələlər eləcə də, xidmət haqqı və dövlət rüsumları barədə suallar mütəxəssislər tərəfindən cavablandırılır.
Sosial əhəmiyyətli kampaniya ilə komitənin müvafiq qurumlarına getmək imkanı olmayan şəxslər rahatlıqla mülkiyyət hüquqlarını həyata keçirir. Eləcə də, sağlamlıq imkanları məhdud və yaşlı sakinlər xidmətlərdən maneəsiz şəkildə yararlanır. Qeyd edək ki, ötən il “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 22 kənd və qəsəbədə təşkil olunub.