Bu ilin yanvar-iyun ayları ərzində 177.664 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində daşınmaz əmlak üzərində 177.664 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Bu göstəricinin 27.707-si (15,6%) ilkin, 149.957-si isə (84,4%) isə təkrar qeydiyyatın payına düşür.
Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası
2024-cü ilin ilk 6 ayında fərdi yaşayış və bağ evi üzərində - 27.695, mənzil üzərində - 39.388, torpaq sahəsi – 104.580, qeyri-yaşayış binası – 1.586, qeyri-yaşayış sahəsi – 4.017, əmlak kompleksi - 376, çoxmərtəbəli yaşayış binası üzərində isə 22 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 45.513-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Texniki pasport və ipoteka müqavilələrinin sayı
Bu ilin birinci yarımilliyi ərzində 132.115 texniki pasport tərtib edilib, 35.203 ipoteka müqaviləsi qeydiyyata alınıb.