“Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi
“GƏNCƏ-QƏNNADI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNDƏKİ DÖVLƏTƏ MƏXSUS SƏHMLƏRİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN
E L A N I
“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “səhmdar cəmiyyəti”) səhmlərinin 30,03 (otuz tam yüzdə üç) %-nin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.
- Cəmiyyət haqqında məlumat
(01 iyul 2024-cü il tarixinə)
Hüquqi ünvanı: Azərbaycan Respublikası, Gəncə şəhəri, Şəmkir şosesi, 1
Səhmdar cəmiyyətinin fəaliyyət növü: qənnadı məmulatlarının istehsalı
Nizamnamə kapitalı: 5 288 190 (beş milyon iki yüz səksən səkkiz min yüz doxsan) manat
Buraxılmış səhmlərin sayı: 2 644 095 (iki milyon altı yüz qırx dörd min doxsan beş) ədəd
Buraxılmış səhmlərin növü: sənədsiz adlı
Bir səhmin nominal dəyəri: 2 (iki) manat
İnvestisiya müsabiqəsində satışa 793 926 (yeddi yüz doxsan üç min doqquz yüz iyirmi
çıxarılan səhmlərin sayı: altı) ədəd
İnvestisiya müsabiqəsində satışa 1 587 852 (bir milyon beş yüz səksən yeddi min səkkiz
çıxarılan səhmlərin ümumi nominal dəyəri: yüz əlli iki) manat
Əhatə etdiyi sahə və tikililərin səhmdar cəmiyyətinin Özəlləşdirmə planında
xarakteristikası (emissiya prospektində) göstərilmişdir
Səhmdar cəmiyyətinin digər
müəssisələrdə iştirak payı: yoxdur
Qeyri-maddi aktivlər: yoxdur
İstismara verildiyi il: 1973
Səhmdar cəmiyyətinin ekoloji vəziyyəti: qənaətbəxş
Faktiki işçilərin sayı: 5 nəfər
Səhmdar cəmiyyətinin öhdəlikləri: 2 401 046 (iki milyon dörd yüz bir min qırx altı) manat
o cümlədən:
- əmək haqqı və ona bərabər borclar: 22 809 (iyirmi iki min səkkiz yüz doqquz) manat
- dövlət büdcəsinə olan borclar: 232 809 (iki yüz otuz iki min səkkiz yüz doqquz) manat
- DSMF-yə olan borclar: 378 324 (üç yüz yetmiş səkkiz min üç yüz iyirmi dörd) manat
- mal, iş və xidmətlərə görə dövlət
müəssisələrinə olan borclar: 26 825 (iyirmi altı min səkkiz yüz iyirmi beş) manat
- bank kreditləri və faizlər: 570 000 (beş yüz yetmiş min) manat
- sair borclar: 1 170 279 (bir milyon yüz yetmiş min iki yüz yetmiş doqquz) manat
Debitor borcları: 250 000 (iki yüz əlli min) manat
İddiaçılar qarşısında qoyulan şərt və tələblər
2.1. Səhmdar cəmiyyətinin fəaliyyətinin inkişaf etdirilməsi üzrə aşağıdakı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşlarının istiqamətləri, məbləğləri və müddətləri göstərilməklə ümumi həcmi 400 000 (dörd yüz min) manatdan az olmayan İnvestisiya Proqramının təqdim edilməsi:
2.1.1. mövcud tikili və qurğuların bərpası və yenidənqurulmasına dair təkliflər;
2.1.2. mövcud avadanlıq və texnologiyaların təmiri (məqsədəuyğun hesab olunduqda), habelə yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təkliflər;
2.1.3. səhmdar cəmiyyətində yeni istehsal sahələrinin qurulmasına dair təkliflər;
2.1.4. infrastruktur təminatının yeniləşdirilməsinə dair təkliflər;
2.1.5. iş yerlərinin bərpası və sayının artırılmasına dair (10-dan az olmayaraq) təkliflər;
2.1.6. idxalı əvəz edən və/və ya ixrac yönümlü yeni məhsulların istehsalı və çeşidinin artırılmasına dair təkliflər;
2.1.7. təklif olunmuş investisiya həcminin 5%-ə qədərinin pul vəsaiti şəklində cəmiyyətin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.
2.2. Təklif olunan İnvestisiya Proqramında avadanlıqların yenilənməsi və təmirinə, habelə təmir-tikinti və yenidənqurma-bərpa işlərinə yatırılacaq investisiyaların xüsusi çəkisi ümumi investisiyaların 65%-dən az olmamalıdır.
2.3. Səhmdar cəmiyyətindəki dövlətə məxsus səhmlərin alınmasına görə dövlət büdcəsinə 400 000 (dörd yüz min) manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsinə dair öhdəliyin götürülməsi (xarici valyutada edilən ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tarixə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbyacan manatına konvertasiya olunmalıdır).
3. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər
Müsabiqədə iştirak məqsədilə iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).
3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqə şərtlərinin icrasının təmin olunması imkanlarını təsdiq edən 30 000 (otuz min) manat məbləğində vəsaitin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə bank qarantiyası (zaminlik müqaviləsi, girov müqaviləsi və s.). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.3-cü bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğ və zəmanət sənədləri isə geri qaytarılacaqdır.
3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:
- nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;
- iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;
- təsis müqaviləsi və VÖEN-in, habelə rəhbərin təyinatı barədə əmrin notarial qaydada təsdiqlənmiş surəti;
- iddiaçının fəaliyyətini əks etdirən məlumat;
- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat və son üç ilin audit olunmuş maliyyə hesabatları (xarici hüquqi şəxslər üçün);
- 3.2-ci bənddə nəzərdə tutulmuş ödənişi təsdiq edən və ya müəyyən edilmiş zəmanət sənədlərindən biri;
- təqdim edilən sənədlərin siyahısı.
İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti;
- iddiaçı və onun sahibkarlıq fəaliyyəti haqqında məlumat;
- iddiaçının VÖEN-i;
- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün);
- 3.2-ci bənddə nəzərdə tutulmuş ödənişi təsdiq edən və ya müəyyən edilmiş zəmanət sənədlərindən biri;
- təqdim edilən sənədlərin siyahısı.
Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:
- İnvestisiya Proqramı;
- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.
Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə tərcümə edilmiş və müvafiq qaydada təsdiq edilmiş mətnləri ilə birgə təqdim edilməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların hər hansının Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənəndlər və ya məlumatlar iddiaçılardan tələb edilmir. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya iddiaçılar tərəfindən təmin edilir. Bu formada təqdim olunan sənədlər Müsabiqə Komissiyası tərəfindən müvafiq qaydada nəzərə alınır.
4. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər
4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:
4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) təqvim günü müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinin imzalanmasını;
4.1.2. Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən:
- müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini;
- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi investisiyanın ümumi həcminin İnvestisiya Proqramı ilə müəyyən edilmiş 5%-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürülməsini;
- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə 5 310 (beş min üç yüz on) manat məbləğində vəsaitin (ƏDV daxil olmaqla) ödənilməsini;
- iş yerlərinin sayının öhdəlik götürəcəyi sayda, lakin 10-dan az olmayaraq artırılmasını;
- müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.
4.2. İddiaçılar səhmdar cəmiyyəti ilə və müvafiq sənədlərlə (Özəlləşdirmə planı (Emissiya prospekti) daxil olmaqla) tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 27 avqust 2024arxnş doqquzdördkkiz-cü il tarixinədək iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139A, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, otaq 1210. Əlaqə telefonları: +99 412 311 01 60 (əlavə 1314 və 1472), elektron ünvan: office@emlak.gov.az.
4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 27 avqust 2024-cü il tarixinədək iş günləri saat 1000-dan 1730-dək 4.2-ci bənddə göstərilən ünvanda aparılacaqdır.
4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 28 avqust 2024-cü il, saat 1500-dan başlayaraq həyata keçiriləcəkdir.