İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 16-da növbəti hərrac təşkil edilib. Hərracda 18 nəqliyyat vasitəsi satılıb.

Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, ilkin qiyməti 6.000 manat olan “Toyota Avalon” markalı avtomobil 10.300 manata satılıb, “BMW 750” markalı avtomobilə edilən təklif isə 13.500 manatdan 16.900 manata yüksəlib.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/3Bw49c linki vasitəsilə tanış olmaq mümkündür.

 İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.