İyulun 2-də növbəti hərrac keçirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 2-də növbəti hərrac təşkil edilib. Hərracda 6 nəqliyyat vasitəsi satılıb.
Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, ilkin qiyməti 12.000 manat olan “Honda Accord” markalı avtomobil 15.520 manata satılıb.
Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/3BfL9T linki vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, 23 və 30 iyul tarixlərində hərrac keçiriləcək. Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi və müxtəlif növ avadanlıqlar çıxarılacaq.
23 iyul tarixində keçiriləcək hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, xidmət sahələrinə aiddir. Səhmdar cəmiyyətlərinin 30-44 faizlik səhm paketi özəlləşdirilməyə çıxarılıb
Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Onların sırasında gəmi də var. İlkin qiyməti 900.000 manat olan "B-98" layihəli "Vixr" tipli gəmi alıcılara təklif olunur. Hərraca çıxarılan avtomobillərin istehsal tarixi 1993-2019-cu illər arasında dəyişir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3BfQrn linki vasitəsilə tanış olmaq mümkündür.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.