2 və 9 iyul tarixlərində hərrac keçiriləcək
Növbəti hərraclara 26 əmlak çıxarılıb, iştirakçılara kiçik dövlət müəssisəsinə və nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılacaq.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 iyul tarixində keçiriləcək hərraca kiçik dövlət müəssisəsi və 9 nəqliyyat vasitəsi çıxarılıb. Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi "Bakı Beton Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İlkin satış qiyməti 7.609.376 manat olan müəssisənin ümumi faydalı sahəsi 9.267 kvadratmetr, torpaq sahəsi isə 64.483 kvadratmetr təşkil edir. 2 iyul tarixində hərraca çıxarılan avtomobillərin buraxılış tarixləri 1990-2013-cü illəri əhatə edir.
9 iyul tarixində keçiriləcək hərraca isə 16 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2008-2012-ci illəri əhatə edir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlak üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçı statusu almaq olar.