Xaçmazda vətəndaş qəbulu keçirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Xaçmazda Quba, Xaçmaz, Qusar və Şabran rayonlarının sakinlərini qəbul edib. Qəbulda 40-dək vətəndaş iştirak edib.
Qəbula gələnlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı, torpaqların təyinatının dəyişdirilməsi, sərhədlərinin dəqiqləşdirilməsi, islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatı zamanı qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılmasına, dürüstləşdirmə işlərinin sürətləndirilməsinə dəstək göstərilməsi və digər məsələlər barədə müraciət ediblər.
Qəbul zamanı qaldırılan bir sıra məsələlər həllini tapıb, araşdırılması tələb olunan müraciətlər baxılması üçün qeydiyyata alınıb, qanunvericiliyin tələbləri ətraflı izah olunub.