İyunun 21-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Xaçmaz Əmlak Xidmətləri Məkanında (Ünvan: Xaçmaz şəhəri, Bakı prospekti, 2E) Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun Xaçmaz Ərazi İdarəsinə (telefon: 055 4105535, elektron ünvan: dedkr.5sayli@emlak.gov.az) 19 iyun saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.